Web saytımızda hər hansı bir xəta ilə qarşılaşsanız, zəhmət olmasa bizə bildirin.

Diqqət!

Web saytımızda hər hansı bir xəta ilə qarşılaşsanız, zəhmət olmasa bizə bildirin.

Sosial şəbəkələrimiz:

Qanun

Motorcu.az — Hüquqi Məsuliyyət (Qanun)

1. Sistem Təhlükəsizliyi və Müdaxilə Motorcu.az platformasına hər hansı kənar müdaxilə, sistem boşluqlarından (exploit) yararlanmaq və ya avtomatlaşdırılmış botlar vasitəsilə məlumatların çəkilməsi qəti qadağandır. Bu qaydanı pozan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcək, vurduqları maddi və mənəvi zərərə görə birbaşa cavabdehlik daşıyacaqdırlar.

2. Reklam və Elan Məzmunu Üzrə Məsuliyyət Platformamızda yerləşdirilən banner reklamları, xarici keçidlər və partnyor reklamlarının məzmununa görə Motorcu.az rəhbərliyi (admin) heç bir məsuliyyət daşımır. Reklamlarda təklif olunan məhsul və ya xidmətlərin keyfiyyəti, habelə reklamdakı vədlərin doğruluğu tamamilə reklamverənin öhdəliyindədir.

3. Elan Məlumatlarının Məzmunu İstifadəçilər tərəfindən əlavə edilən elanların başlığı, təsviri, qiyməti və digər texniki göstəricilərinin düzgünlüyünə görə Motorcu.az heç bir maddi və ya mənəvi məsuliyyət daşımır. Hər bir istifadəçi daxil etdiyi məlumatların doğruluğuna görə fərdi qaydada məsuliyyət daşıyır. Elan daxilindəki hər hansı yanlışlıqdan və ya qeyri-dəqiq təsvirdən qaynaqlanan mübahisəli hallarda platforma cavabdeh deyil.

4. Verilənlərin Qorunması İstifadəçi profilinin təhlükəsizliyi üçün şifrənizi üçüncü şəxslərlə paylaşmamağınız tövsiyə olunur. Hesabınızın qanunsuz istifadəsi nəticəsində yaranan hallara görə məsuliyyət istifadəçinin üzərinə düşür.

Ana Səhifəyə qayıt